Qətərdə futbol üzrə XXII dünya çempionatına start verilib.
Yenicag.az xəbər verir ki, açılış oyununda ev sahibləri Ekvador millisi ilə qarşılaşıb. A qrupunun görüşü Cənubi Amerika təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Hər iki qol ilk hissədə vurulub. Enner Valensiya 16-cı və 31-ci dəqiqələrdə fərqlənib.
Qeyd edək ki, qrupun digər matçında Niderland yığması Seneqalı sınağa çəkəcək. Noyabrın 21-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq./Report/
***
20:40
Qətərdə ev sahibləri ilə Ekvador arasında dünya çempionatının açılış oyununda 2-ci qol vurulub.
Cənubi Amerika təmsilçisindən Enner Valensiya 31-ci dəqiqədə dubl edib.
***
20:20
Qətərdə ev sahibləri ilə Ekvador arasında dünya çempionatının açılış oyununda vurulan ilk qol ləğv olunub.
Matçın baş hakimi Daniele Orsato VAR sisteminin qərarı ilə oyundakənar vəziyyət qeydə alıb.
***
20:06
Qətərdə ev sahibləri ilə Ekvador arasında dünya çempionatının açılış oyununda hesab açılıb.
Mundialın ilk qolunu 3-cü dəqiqədə Cənubi Amerika təmsilçisindən Enner Valensiya vurub.
***
20:00
Qətərdə ev sahibləri ilə Ekvador arasında dünya çempionatının açılış oyunu start götürüb.
“El-Bayt” stadionunda keçirilən görüşü italiyalı FIFA referisi Daniele Orsato idarə edir.
www.yenicag.az