Dəhşətli partlayış: Ölənlər və yaralananlar var - VİDEO

media-hightechnic-468x90

Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda partlayış baş verib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, partlayış nəticəsində mühafizə xidmətinin iki əməkdaşı şəhid olub, ikisi isə yaralanıb. Yaralılar Silopi dövlət xəstəxanasına aparılıb.

Hadisəyə əldəqayırma partlayıcı qurğunun səbəb olduğu bildirilir.

Əraziyə xilasedicilər cəlb olunub. Ərazi polis qüvvələri tərəfindən mühasirəyə alınıb.

Təfərrüatlar barədə məlumat verilmir.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa