!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Dəli Kür”ün Mələyi: “Mənə elə bir hədiyyə etdi ki…”

!Reklam – Yazi

Azərbaycan kinosunda bənzərsiz obrazlar yaradıb. Yaddaşlarda isə daha çox “Dəli Kür”ün Mələyi kimi qalıb. Əməkdar artist, tanınmış aktrisa Zemfira Sadıqovanın bu gün doğum günüdür.

Aktrisa təəssüratlarını Yenicag.az-la bölüşüb:

“Adətən yubileylərimi təmtəraqla qeyd edirəm. Digər doğum günlərimi isə adi günlərdən biri kimi yaşayıram. Evdə qeyd edəcəyik. Hədiyyələri çox sevirəm, elə bu gün də olduqca qiymətli hədiyyə aldım. Operator Yuri Varnovski illər öncə rol aldığım filmlərdən çəkdiyi və heç yerdə olmayan fotoları mənə hədiyyə etdi. Elə bil dünyanı mənə bağışladılar. Təsəvvür edin, illər sonra ilk dəfə o fotoları gördüm. Heç xəbərim də olmayıb ki, o şəkillər nə vaxt çəkilib. Fotolardan biri “Dəli Kür” filminin çəkilişləri zamanı çəkilib. Doğum günümdə gözəl bir sürprizlə qarşılaşmaq məni xoşbəxt etdi.

Digər hədiyyələrə gəlincə, insanların bu qədər sevgisini görmək, duymaq aktrisa üçün əvəzolunmaz hissdir. Telefonlarım susmur, hamı təbrik edir, çalışıram heç birini cavabsız qoymayım”.

Cəvahir

COP29

www.yenicag.az

2674
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv