Demet Akalın fanatına verdiyi hədiyyəni geri istədi

Türkiyənin məşhur müğənnisi Demet Akalın fanatının hərəkətinə görə möhkəm əsəbiləşib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Demet Akalının Tarsusdakı konsertində maraqlı hadisə baş verib. Müğənni izləyiciləri arasında bir qızın ad günü olduğunu eşidərək əvvəlcə onun şəxsiyyət vəsiqəsinə baxıb, daha sonra isə çəkmələrini ona hədiyyə edib.

27 dekabrda baş tutan konsertdən sonra xanım azarkeş Demet Akalının çəkmələrini internetdə satışa çıxarıb.

Bunu öyrənən müğənni isə sosial şəbəkədən paylaşım edərək azarkeşinə od püskürüb:

“Bəziləri heç nəyə layiq deyil! Dedin ki, ölçülərimiz eynidir. Hədiyyəni xatirə kimi saxlamaq lazımdır, onu satışa çıxarmaq olmaz. Heyif! Geri göndər mən qiymət bilən başqa bir azarkeşimə verəcəm”.

COP29