Deputat Azərbaycanda turizmin zəifliyindən şikayətləndi
Millə vəkili Musa Qasımlı Milli Məclisin plenar iclasında Azərbaycanda turizmin inkişafının zəif olduğunu bildirib.
Millət vəkili deyib ki, əgər bizdə turizm imkanları Mədəniyyət və Turizm Nazirliyinin bildirdiyi kimidirsə, nə üçün insanlar istirahət etmək üçün xaricə üz tuturlar?
Musa Qasımlı qeyd edib ki, buna görə də Mədəniyyət və Turizm Nazirliyi əhali arasında sorğu keçirməlidir.
Millət vəkili Mədəniyyət və Turizm Nazirliyinə 3 təklif göndərib:
1. Vətəndaşlarımızın yay turizmi üçün xaricə axışmasının səbəbi nədir?
2. Səfirliklərimizdə Mədəniyyət və Turizm şöbələrinin açılmasına ehtiyac var.
3. Bölgələrdə turizmin inkişafı üçün işlər görülməlidir(anspress).