Deputat Ermənistanı “əxlaqsız bacı” adlandırıb
Azərbaycan parlamentinin deputatı Elman Məmmədov Ermənistanı “əxlaqsız bacı” adlandırıb.
Azərbaycanın Xocalı şəhərindən olan deputat E. Məmmədov çıxışı zamanı Ermənistan dövləti ilə bağlı maraqlı fikir səsləndirib.
“Bir dəfə Fransa prezidenti Ermənistanı Fransanın kiçik bacısı adlandırmışdı. Amma mən görürəm ki, cənab prezident qeyri-dəqiqliyə yol verib. Çünki artıq Ermənistanın özünü aparmasından və orada hakimiyyətdə olanları az çox tanıdığımdan deyə bilərəm ki, Ermənistan Fransanın əxlaqsız, yolunu azmış, gecə evə gəlməyən bacısıdır”.