Deputat girovun ailəsinə baş çəkib

media-hightechnic-468x90

d8aY2KI52zIAMillət vəkili Aydın Mirzəzadə Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərovun ailəsində olub. ABu barədə deputat özü yazıb.

Millət vəkili onun oğlanları, həyat yoldaşı, bacıları və bir neçə digər qohumları ilə söhbət edib. “Dilqəmi çox mərd və vətənpərvər bir şəxs kimi təsvir etdilər, söylədikləri hadisələr onun məhz elə olduğunu sübut edirdi. Sadə bir zəhmət adamı olub, onun söhbətlərinin əsas mövzusu ancaq Vətən, Kəlbəcər həsrəti olub”.

A.Mirzəzadə bildirib ki, Dilqəm Əsgərovun məsələsinin dövlətin diqqətindədir və hər bir azərbaycanlı onunla qürur duyur. Ailəsi xalqın Dilqəmin, Şahbazın və rəhmətlik Həsən Həsənovun məsələsi ilə yaxından maraqlandığından çox razı qaldıqlarını bildirdilər.

Dilqəm SSRİ Ali Sovetinin deputatı olmuş şəxsin nəvəsidir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600