Deputatlar ABŞ-a səfər edəcək

media-hightechnic-468x90

imagesAzərbaycan Milli Məclisinin deputatı Yevda Abramov fevralın 1-də Amerika Birləşmiş Ştatlarına səfər edəcək.

Yenicag.az apa-ya istinadən bildirir ki, deputat Los-Anceles şəhərində yerləşən ən böyük yəhudi məbədlərindən biri olan “Sinay” sinaqoqunda xüsusi dəri üzərində hazırlanmış “Tövrat”ın (“Sefer Tora”) təqdimat mərasimində iştirak edəcək.

Tədbirdə Azərbaycan və ABŞ yəhudiləri arasındakı əlaqələr, ölkəmizdə dini tolerantlıq ənənələrinin formalaşması barədə fikir mübadiləsi aparılacaq. Habelə ABŞ-ın yəhudi icması müqəddəs “Sefer Tora” Bakı Dağ Yəhudiləri Dini icmasına bağışlayacaq.

Səfər fevralın 4-də başa çatacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600