Devalvasiya maaşla işləyən jurnalistlərə necə təsir etdi? – Sorğu
Mərkəzi Bankın verdiyi devalvasiya qərarından 1 aydan çox vaxt ötür. Bəs devalvasiya qərarı bu zaman kəsiyində media nümayəndələrinin büdcəsinə necə təsir edib?
Yenicag.az saytı bununla bağlı sosial şəbəkə kiçik sorğu apardı.
Nəcəf Nəcəfli, Xeberler.az saytının əməkdaşı : “O qədər də yüksək məbləğdə pulum olmadığı üçün təsiri az oldu. Lakin fikrimdə var idi ki, yeni mobil telefon, kompyuter və ya başqa vasitələr alım. Qiymətlər qalxdığı üçün bu cəhətdən ziyandayam”.
Günel Cəlilova, Bakı-Xəbər qəzetinin müxbiri: “Bu olay hər kəs kimi mənə də yaxsı təsir etmədi. Qiymət artımı hər sahədə hiss olunur. Xüsusilə də elektronika sahəsində qiymət artımı daha artıq nəzərə çarpır. Hələ ki büdcəmizdə inkişaf hiss olunmur”.
Mirsəid Bayramov, İslamazeri.az saytının əməkdaşı: “Bu təsiri aylıq gəlirimdən sonra müəyyən edə bildim. Məsələn, ölkədə rəsmi olmasa da əslində qiymətləri qalxan bəzi şeylər aldıqda bunun şahidi yekun büdcəmizdə zəiflik hiss olunur. Təbii ki, devalvasiya elə həmin gündən təsirini bizlərə göstərdi. Bilirsiniz, Azərbaycan bütünlüklə istehsalçı ölkə deyil. Yəni istehlakçı üçün lazım olan elə şeylər var ki, ölkəmizə başqa ölkələrdən gətirilir. O ölkələrdə isə alış-veriş dollarla olduğu üçün devalvasiyanın yekun nəticəsi bahalaşmaya gətirib çıxarır. Sonda ortada qalan köhnə maaşla qaneləndirilən ölkənin aşağı təbəqəsinin nümayəndələri olur”.
Gülşən Şərif, Pia.az saytının müxbiri:“Şəxsi büdcəm stabil olaraq qaldı, hər hansısa mənfiyə doğru hal olmadı. Bu stabilliyə baxmayaraq xərclərdə müəyyən dəyişikliklər hiss etdim. hansı ki, bunun səbəbi devalvasiyanın təsiri ilə bağlı oldu. Devalvasiyadan ziyanla çıxan bir çox yaxın insanlarım oldu. Amma deyəsən şanslılar sırasındayam. Mənə ciddi ziyanı olmadı”.
Rüfanə Günəş, Azərbaycan müəllimi qəzetinin müxbiri: “Avro və dolların bahalaşmasını imtahan üçün qeydiyyatdan keçəndə hiss etdim. Türk dili imtahanına qeydiyyatdan keçəndə 150 avro üçün 180 manat ödədim. Marketlərdə də bəzi məhsularda artım hiss edirəm, amma hələ ki büdcəmə bir o qədər mənfi təsir olmayıb”.
Şəmistan Fikrətli, Dünya TV telekanalının reportyoru: “Mənə heç bir təsiri olmayıb. Çünki büdcəm yox səviyyəsindədir”.
Kamran