Diaspor liderinin meyidi vətənə gətirildi

media-hightechnic-468x90

ab7b92623eb7453422fbc59893ad1fe7Ukraynanın Luqansk şəhərində öldürülən Luqansk vilayəti üzrə Azərbaycanlılar Konqresinin keçmiş sədr müavini Yasinəli Nəsibovun meyiti Azərbaycana gətirilib.

Yenicag.az apa-ya istinadən bildirir ki, Luqansk Vilayəti Azərbaycanlıları Konqresinin sədri Rasim Uğurluyev açıqlamasında bildirib ki, Y. Nəsibov ötən gün doğulduğu Qazax rayonunda dəfn olunub.

Y. Nəsibovun nəşi diaspor fəallarının dəstəyi ilə “Luqansk Xalq Respublikası”nın nəzarətində olan Luqansk şəhərindən çıxarılaraq Azərbaycana gətirilib.

Qeyd edək ki, Azərbaycanın Qazax rayonundan olan, Ukrayna vətəndaşı, 1957-ci il təvəllüdlü Yasinəli Nəsibovun meyiti fevralın 3-ü səhər saatlarında Luqansk şəhərinin Şevçenko kvartalındakı marketlərdən birinin qarşısında, öz avtomobilində tapılıb. Meyitin üzərində çoxsaylı güllə yarası olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600