“Bakutel-2014” sərgisində “Dilmanc” özünün ən yeni proqram təminatını – “Dilmanc” çağrı mərkəzini (Dilmanc call centre) nümayiş etdirir.
Məlumata görə, bu sistem Azərbaycanda insan nitqini başa düşərək ona adekvat cavab verən ilk belə sistemdir. Sistemin tətbiq edilməsi mövcud çağrı mərkəzlərinin xərclərini bir neçə dəfə azaltmağa imkan verəcək. Bu barədə “Dilmanc” qrupunun yaydığı xəbərdə bildirilir.
Layihə çərçivəsində hazırlanmış digər sistemlər – nitqin-nitqə tərcüməsi, elektron lüğətlər, maşın tərcüməsi və s. nümayiş etdirilən məhsullar sırasında mühüm yer tutur.
www.yenicag.az