Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupu Ağstafada kişi meyitinin tapılması ilə əlaqədar məlumat yayıb.
Yenicag.az xəbər verir ki, bu gün Ağstafa rayonunun Aşağı Göycəli kəndi ərazisində, Ağstafa-Aşağı Göycəli avtomobil yolundan 30 metr kənarda yerləşən su kanalında 65-70 yaşlı üzərində zorakılıq əlamətləri aşkarlanmayan kişi meyiti tapılıb.
Meyiti tapılan şəxsin əlamətləri belədir: boyu 179 santimetr, sol əlinin üzərində döymə üsulu ilə“KƏPИM”,“ЯƏСЦ47” , “С.Ə”,“СНГ С.Ə”, “НАГЫ А” hərf və rəqəmləri yazılıb. Tapılarkən əynində boz rəngli kostyum-şalvar, sarımtıl rəngli köynək olub.
“Həmin şəxsi tanıyanlardan “102 Zəng Mərkəzi”nə, yaxud, Ağstafa Rayon Polis Şöbəsinə və yaxud yaxınlıqda yerləşən hüquq mühafizə orqanlarına məlumat vermələri xahiş olunur”, – deyə məlumatda vurğulanıb.
www.yenicag.az