“Diqlas”da malları yananlara kompensasiya nə vaxtdan veriləcək? – Nazir açıqladı

“Diqlas” ticarət mərkəzində baş verən yanğından zərər çəkən sahibkarlara kompensasiya çərçivəsində ilkin ödənişlərə sabahdan başlanacaq.

Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazirin sözlərinə görə, bununla bağlı hazırlanmış qaydalara əsasən, ziyan çəkən sahibkarlar müvafiq ərizə formalarını dolduraraq müraciət edəcəklər.

COP29