DİQQƏT! Bu gündən bu marşrut üzrə qatar reysi ləğv edildi - FOTO

media-hightechnic-468x90

Hərəkət qrafikinin optimallaşdırılması və pik saatlarda qatarlarda olan sərnişin sıxlığını tənzimləmək məqsədilə 28 sentyabr tarixindən etibarən Sumqayıt-Pirşağı-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarının reyslərinin sayı artırılacaq.

Yenicag.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, Sumqayıtdan saat 07:25-də çıxan qatar yeni qrafiklə saat 07:15-də hərəkət edəcək və əlavə olunmuş qatar isə saat 07:30-da Sumqayıt stansiyasından yola düşəcək.

Bundan başqa, Sumqayıtdan saat 07:45-də yola düşən Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə hərəkət edən reys ləğv edilir. Digər qatarların hərəkət cədvəlləri isə dəyişdirilmədən saxlanılır.

Qeyd edək ki, dəyişiklik edilən reyslərin nömrələri cədvəldə sarı rənglə işarələnib.
media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa