Doğuş zamanı ana dünyasını dəyişdi

media-hightechnic-468x90

75786Siyəzəndə ana ölümü baş verib.

Yenicag.az anspress-ə istinadən bildirir ki, hadisə Siyəzən Regional Diaqnostika Mərkəzində baş verib.

Belə ki, Şabran rayon sakini, 1975-ci il təvəllüdlü Vəsiyyə Həmidova qeysəriyyə üsulu ilə əməliyyat olunub. Qız uşağı dünyaya gəlib. Uşağın vəziyyəti normal olub.

Əməliyyatdan sonra qadının də vəziyyəti yaxşı olub. Lakin bu gün səhər saatlarında qəflətən vəziyyət dəyişib. Tibb bacısı palatada uşağı bələyən zaman qadın halının pisləşdiyini deyib.

Reanimasiyon tədbirlərin həyata keçirilməsinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

İlkin müayinə zamanı qadına ağ ciyər iltihabı diaqnozu qoyulub.

Diaqnostikanın baş həkimi Dadaş Hümbətovun  verdiyi məlumata görə, bu qadının ilk hamiləliyi olub.

Hazırda ölümün dəqiq səbəbləri araşdırılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600