!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dolları olanlar bu xəbəri MÜTLƏQ OXUSUN – “Banklar imtina edə bilər...”

!Reklam – Yazi

Son günlər bir sıra kütləvi informasiya vasitələri və sosial şəbəkə səhifələrində köhnə buraxılışlı olan dollarların dövriyyədən çıxarılması ilə bağlı söz-söhbətlər səngimir.

Bir çox vətəndaş bəzi mübadilə məntəqələri və banklar köhnə dollarları almaqdan imtina etmələri ilə bağlı fikirlər səsləndirir. Bir çox hallarda isə banklar köhnə dollarları təyin olunmuş məzənnədən daha aşağı qiymətə almağı təklif edir.

Bəs görəsən bu halda vətəndaşlar nə etməlidir? Bu barədə Yenisabah.az-a danışan hüquqşünas və iqtisadçı-ekspert Əkrəm Həsənov bankların dollar və ya hansısa xarici valyuta alıb-almama məsələsində tam müstəqil olduğunu bildirib.

“Banklar istənilən valyuta ilə əməliyyat apara bilər. Bu onların daxili işidir. Bank ümumiyyətlə dollar mübadiləsindən imtina da edə bilər. Çünki banklar hansısa valyutanı ona görə alır ki, daha sonra onu eyni formada sata bilsin. Yəni bizim banklar təkcə o valyutanı alır ki, o valyutanın alıcısı da olsun. Köhnə dolları alıb-almamaq hər bir bankın öz işidir. Bizim banklar yalnız milli valyuta ilə əməliyyatların aparılmasından imtina edə bilməzlər”.

Ekspert eyni zamanda alış zamanı məzənnənin müəyyənləşdirilməsi barədə də bankların sərbəst olduğunu deyib.

“Eyni zamanda bankların məzənnə siyasəti də tam sərbəstdir. Dolların 1.70 manatla hesablanması sadəcə Mərkəzi Bankın məzənnəsidir. Hər bir bank bu məzənnədən fərqli dəyərdə dolları alıb-sata bilər. Bu barədə heç bir məhdudiyyət yoxdur. Azərbaycanda bu sahədə inhisar olsaydı, hansısa problemdən bəhs edə bilərdik. Amma ölkədə bu gün 24 bank var. Bu banklar hansısa xarici valyuta ilə bağlı alqı-satqı məsələsini özü təyin edir”./yenisabah

COP29

www.yenicag.az

194
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv