“Bəzən dostlarım buna görə məndən inciyirlər”
Yenicag.az xəbər verir ki, bu sözləri aktyor İslam Mehrəliyev “Xəzər axşamı” verilişində deyib.
Son vaxtlar film və seriallarda görünməyən aktyor bunun səbəblərini izah edib:
“Dəvət edirlər, gəlirəm, çəkilirəm, amma görürəm ki, bütün ssenarilər oxşardır. Buna görə də çəkilmirəm və yaxşı ssenarilərin yazılacağını gözləyirəm. Bəzən dostlarım buna görə məndən inciyir, elə bilirlər ki, özümü yuxarıdan aparıram, ya da bunların filmlərini bəyənmirəm, ona görə çəkilmirəm. Yox, qətiyyən elə deyil. Yalandan niyə özümü məcbur edim və istəmədiyim halda çəkilim? Əgər gələcəkdə yaxşı ssenarilər əsasında çəkilən film və seriallar olarsa, mən də məmnuniyyətlə çəkilərəm. Heç qonorar da səbəb deyil, əsas ssenaridir. Amma hələ ki gözləyirəm”.
Nehru
www.yenicag.az