!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Dostu Həsən Məmmədov barədə: “Əsəbiləşirdi, deyirdi, o qızı döyməmişəm”

!Reklam – Yazi

“Çox xarizmatik aktyor idi, Azərbaycanda onun qədər baş rola çəkilən ikinci bir aktyor yoxdur”.

Bunu Yencag.az-a açıqlamasında xalq artisti Rafiq Əzimov milli kinomuzda əvəzsiz xidmətləri olan məşhur aktyor Həsən Məmmədovun anım günündə xatirələrini bölüşərkən deyib.

R.Əzimov sənət dostunu həm insan, həm də aktyor kimi xarakterizə edib:

“Həsənlə instituta bir yerdə qəbul olunmuşuq, 4 il eyni kursda dərs almışıq. Birevli kimi olmuşuq. Birinci kursdan bir etüd göstərməyən Həsən sonuncu kursda bir etüdü ilə istedadını ortaya qoydu. Olduqca mülayim, sadə insan idi. Bu mənada obrazları ilə arasında böyük fərq vardı. Çox xarizmatik aktyor idi, Azərbaycanda onun qədər baş rola çəkilən ikrnci bir aktyor yoxdur. Onunla bağlı o qədər xatirələrimiz var ki… “Yeddi oğul istərəm” filmində onun bir səhnəsi var, adını Humayın döyülməsi səhnəsi qoymuşduq. Bunu eşidəndə çox əsəbiləşirdi. Çünki filmdə o Humayı döymür. Kino texnikasından istifadə edərək, o, sadəcə qırmancı yerə vurur. Mən də yaxınlaşıb, ona mane olmağa çalışıram. Əslində bu epizod filmə sonradan əlavə olundu. Mən rejissor Tofiq Tağızadəyə dedim ki, qızı döyümək yaxşı deyil, mən yaxınlaşıb, onu mane olum. Çünki tamaşaçı bizi qınayacaq ki, o qədər kişi niyə Bəxtiyara mane olmur. Tamaşaçı elə bilir ki, Bəxtiyar Humayı döyür. Hətta buna görə onu qınamışdılar ki, Humayın heç bir günahı olmadığı halda, niyə onu döyür. Həsən heç kimə anlada bilmirdi ki, əslində qızı döymür, kino texnikasından istifadə edilib. Onun oynadığı obrazların hər biri milli kinomuzda xüsusi yer tutur. Həsən əvəzolunmaz aktyor idi, onun yeri hər zaman görünür”.

Cəvahir

www.yenicag.az

3912
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv