Dövlət büdcəsinə vergi daxilolmaları çox artdı

media-hightechnic-468x90

Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 9 milyard 136,6 milyon manat vergi daxil olub.

Yenicag.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, proqnoza nisbətən 8,7 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 73,2 % və ya 3,9 milyard manat çoxdur.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 5 milyard 181,2 milyon manat olub, proqnoza 101,1 % əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 56 milyon 785,9 min manat vəsait daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 35,9 % və ya 1 milyard 368 milyon manat artıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600