!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət qulluğu imtahanında yaranan NARAZILIQ: “Sualların bu qədər çətinləşdirilməsində məqsəd nədir?”

!Reklam – Yazi

“Şikayətə baxılarkən namizədə nə sual kitabçası verilir, nə də obyektiv yanaşılır”.

Bu fikirkəri Yenicag.az-a açıqlamasında 30 iyun tarixində keçirilən dövlət qulluğu vəzifələrinin B növü üzrə test imtahanının çətinliyindən yaranan narazılıq haqda danışan Dövlət qulluğu üzrə qanunvericilik müəllimi Səxavət Nəsirov deyib.

Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzi iyunun 30-da keçirdiyi Dövlət qulluğu imtahanında namizədlərin narazılığı ilə yadda qalmağı bacardı:

“Son 16 ayın statistikasına əsasən, bu imtahan ən çətin imtahan oldu. Ümumilikdə imtahanda qeydiyyatdan keçən namizədlərin 16 faizi uğurlu nəticə əldə edə bilib. İmtahanın bu qədər çətinləşdirilməsində məqsəd nədir? Onsuz da namizədlər müsahibə mərhələsində kifayət qədər haqsızlıq görürlər, testdə də bu hala yol verilir. Namizədlər 82 və ya 94 manat ödəniş edib, imtahana girir və namizədə sual kitabçası da verilmir, səbəb nədir? Sual bazanız bu qədər məhduddur? Keçirilən imtahan da ayrıca problemdir. Bir imtahanda bu qədər səhv sual olar? Səhvlər kifayət qədərdir. Deyilir ki, apellyasiya şikayəti verilsin, amma sonda şikayətin nəticəsi də müsbət olmur. Əgər səhvlər çoxdursa niyə bu qədər namizəd hamısı şikayət verməlidir? Birmənalı deyilməlidir ki, suallarda səhvlərə yol verilib və həmin səhv suallar hamıda nəzərə alınacaq. Mən niyə şikayəti verməyə vaxtımı sərf etməliyəm?”

S.Nəsirov qeyd edib ki, şikayətə baxılarkən namizədə nə sual kitabçası verilir, nə də obyektiv yanaşılır:

“Sadəcə, problemi namizədin üstünə yükləyərək, məsələni öz xeyirlərinə həll etməyə çalışırlar. Şikayətə baxmaq belə olmur. Namizəd haradan bilsin ki, hansı sualını düzgün, hansını səhv olaraq qəbul ediblər? Deyilir ki, bizə etimad göstərin, bu qədər səhv qarşısında hansı inzibati praktikaya əsaslanıb, sizə etimad göstərək? Daha əvvəllər də DİM tərəfindən keçirilən imtahanlarda istifadə olunan sualların səhv olması halları az olmayıb. Görəsən, düzgün sual hazırlamaq bu qədər çətindir?”

İsmayıl Bakuvi

www.yenicag.az

398
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv