Döyüşçümüzün növbəti qələbəsi
Azərbaycanlı k-1 döyüşçüsü Zabit Səmədov Yaponiyanın Tokio şəhərində növbəti qələbəsini qazanıb.
Məşhur idmançı Yaponiya kikboksçusu Makoto Uexara ilə qarşılaşıb və görüşdən üzü ağ çıxıb.
93 kq çəki dərəcəsində qarşılaşan idmançıların mübarizəsi gərgin şəraitdə davam edib. Həmyerlimiz əlavə raundda rəqibini məğlub edərək qələbə qazanıb.
Qeyd edək ki, azərbaycanlı k-1 döyüşçüsü bir müddət öncə yerli mətbuata verdiyi açıqlamada bu ili qələbə kimi başa vuracağına inandığını və qələbə qazanacağını bildirmişdi.
Həmyerlimizin qazandığı mükafatın fotosunu və digər görüntüləri təqdim edirik:
(anspress.com)