DSMF-nin gəlirləri artdı

media-hightechnic-468x90

Bu ilin 6 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində ötən ilin müvafiq dövrünə nisbətən 7,3 faiz artım baş verib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, fonddan verilən məlumata görə, sistemli sosial-iqtisadi islahatların nəticəsi kimi qeyri-leqal məşğulluğun azalması dinamikası, məşğulluq imkanlarının, əməkhaqlarının ardıcıl artımı sosial sığorta daxilolmalarının da davamlı artımına imkan verib.

Bunun daha bir göstəricisi kimi, DSMF gəlirlərində sosial sığorta daxilolmaları son 6 ayda 21 faiz artıb.

Həmin daxilolmalarda davamlı artım və Fondun fəaliyyətinin optimalllaşdırılması, şəffaflığın təminatı dövlət büdcəsindən dövlət öhdəliklərinin ödənilməsi üçün DSMF-yə transfert məbləğinin də 2022-ci ilin yanvar-iyun aylarında 8,55 faiz azalmasına imkan verib.

Ümumilikdə son 4 ildə sosial ödənişlərin davamlı artımına baxmayaraq, dövlət büdcəsindən transfert məbləğinin DSMF büdcəsində payı 4 il əvvəlki 38 faizdən 17,6 faiz azalmaqla Fondun tarixində ilk dəfə olaraq 20,42 faizə enib.

Bu da DSMF-nin maliyyə müstəqilliyi və dayanıqlılığının gücləndirilməsi istiqamətində mühüm irəliləyişə nail olunduğunu göstərir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05