Dünya çempionatı: Azərbaycanın daha üç gənc cüdoçusu mübarizəyə başlayır

media-hightechnic-468x90

Bu gün Azərbaycanın daha üç cüdoçusu Portuqaliyanın Odivelas şəhərində keçirilən gənclərin dünya çempionatında mübarizəyə başlayacaq.

Yenicag.az xəbər verir ki, yarışın ikinci günündə Süleyman Əliyev və Vüsal Qələndərzadə (73 kq) tatamiyə çıxacaqlar.

Qızlardan isə Fidan Əlizadə (57 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, daha əvvəl Nizami İmranov (60 kq) gümüş medal əldə edib. Digər 4 cüdoçu isə turniri mükafatsız başa vurub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600