Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il Dünya çempionatında iştirak etmək hüququ qazanan 32-ci ölkənin də adı məlum olub.
Yenicag.az xəbər verir ki, mundiala vəsiqə qazanan sonuncu komanda evdə Yeni Zelandiyaya 2:0 hesabı ilə qalib gələn Peru millisi olub.
Dünya birinciliyinin iştirakçılarının tərkibi aşağıdakı kimidir:
A səbəti: Rusiya, Almaniya, Braziliya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa.
B səbəti: İspaniya, Peru, İsveçrə, İngiltərə, Kolumbiya, Xorvatiya, Meksika, Uruqvay.
C səbəti: Danimarka, İsveç, İslandiya, Kosta-Rika, Tunis, Misir, Seneqal, İran.
D səbəti: Serbiya, Nigeriya, Yaponiya, Mərakeş, Panama, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Avstraliya.
Mundialın qrup mərhələsinin püşkatma mərasimi dekabrın 1-də keçiriləcək.
www.yenicag.az