!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli oldu

!Reklam – Yazi

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kuboku davam edir.

Yenicag.az xəbər verir ki, mayın 5-də qadınlar arasında stend atıcılığının səngər növündə final mərhələsinə yekun vurulub.

Penni Smit (Avstraliya), Safiye Temizdemir (Türkiyə), Raşel Leiganne Tozyer (ABŞ), Aeriel Alease Skinner (ABŞ), Erika Sessa (İtaliya) və Ray Bassilin (Livan) mübarizə apardıqları həlledici mərhələdə livanlı atıcı qalib gəlib. Əlli atışdan 44-nü dəqiq yerinə yetirən Ray Bassil qızıl medal qazanıb. Penni Smit isə 40 halda hədəfi dəqiq tuşlayaraq gümüş medala yiyələnib. İtaliyanı təmsil edən Erika Sessa bürünc medalla kifayətlənib (34 dəqiq atış).

Yarış başa çatandan sonra Ray Bassil final barədə fikirlərini bölüşüb: “Qızıl medal qazandığım üçün özümü çox xoşbəxt hiss edirəm. Bu, “Paris-2024” öncəsi mənim üçün yaxşı stimul oldu. Final mərhələsində yalnız atışa köklənmişdim, başqa heç nə haqda düşünmürdüm. Dəqiq olmayan atışlara önəm vermirdim. Fikrimcə, bu amil mənə qalib olmaqda çox kömək etdi. Bu, Azərbaycanda qazandığım ikinci medaldır. Ölkənizdə bu hissi ilk dəfə 2016-cı ildə yaşamışdım. Lakin həmin vaxt gümüş medal əldə etmişdim. Bakının mənim üçün düşərli olduğunu deməliyəm”.

Eyni gündə keçirilən kişilərin stend atıcılığının səngər növündə final mərhələsi baş tutub.

Tolqa Tuncer (Türkiyə), Jan Pyer Brol Kardenas (Qvatemala), Filip Marinov (Slovakiya), Ceyms Villet (Avstraliya), Matyu Con Kovard-Holley (Böyük Britaniya), Pavel Vanekin (Çexiya) mübarizə apardıqları həlledici mərhələdə avstraliyalı atıcı qalib adını qazanıb.

Əlli atışdan 46-sını dəqiq yerinə yetirən Ceyms Villet fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Filip Marinov 42 halda hədəfi dəqiq nişan alaraq gümüş medala yiyələnib. Jan Pyer Brol Kardenas 34 dəqiq atışla üçüncü olub.

Qalib adını qazanan Ceyms Villet Bakı Atıcılıq Mərkəzinin onun üçün düşərli olduğunu bildirərək deyib: “İki il əvvəlki Dünya Kubokunda komanda növündə qızıl medal əldə etmişdim. Düzdür, məşqlər zamanı külək əsirdi. Yaxşı ki, final günündə hava sakit keçdi. Avstraliyadan Bakıya böyük məsafə qət edərək gəlmişik. Olimpiya Oyunları ərəfəsində əldə etdiyim bu mükafat olduqca vacib idi. Üstəlik, bu, reytinq xallarımıza da təsir edir. Final mərhələsində təcrübə müəyyən mənada rol oynayır. Psixoloji durum olduqca vacibdir. Məncə, final atışları zamanı rəqibimə nisbətən təcrübəli olmağım nəticələrdə öz sözünü dedi”.

Qeyd edək ki, Dünya Kubokunda 80-dən çox ölkədən 400-dən artıq idmançısı mübarizə aparır. Turnirə mayın 12-də yekun vurulacaq./Azertag/

www.yenicag.az

202
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv