“Dünya nüvə fəlakətinin astanasında” – ABŞ və Rusiya razılaşmır: Qlobal sülh ÇÖKÜR - VİDEO

media-hightechnic-468x90

“ABŞ və Rusiyanın nüvə danışıqlarında ortaq məxrəcə gələ bilməməsi beynəlxalq təhlükəsizlik üçün ölümcül təhdiddir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında türkiyəli siyasi şərhçi Sena Parlar deyib.

media-gx8u7qrw8aaagrs

Ekspert Rusiya və ABŞ-nin nüvə sazişlərindən uzaqlaşmasının qlobal nəticələrini şərh edərkən bildirib ki, bu anlaşmaların çökməsi dünyanı nəzarətsiz bir silahlanma yarışına sürükləyir:

“Nüvə anlaşmaları qlobal sülhün və sabitliyin yeganə təminatçısıdır. Lakin iki supergücün masadan uzaqlaşması böyük bir güc boşluğu formalaşdırır. Bu boşluqda dövlətlər fərdi silahlanma yarışını dərinləşdirir, nüvə potensiallarını artırmağa başlayırlar. Bu proses beynəlxalq hüquqa və diplomatiyaya olan etimadı tamamilə sarsıdır”.

Sena Parlar çıxış yolunu ictimai təzyiqdə görür:

“Dünya ictimaiyyətinin təzyiqi, vətəndaş cəmiyyəti təşkilatlarının gücü və medianın rolu bu nüvə dəliliyinin qarşısının alınmasında həlledici ola bilər”.

Ətraflı videomaterialda:

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05