!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Dünyanı dollar hökmranlığından qızıl xilas edə bilər” – Vasili Koltaşev

!Reklam – Yazi

“Hesablaşmada dollardan imtina olunması üçün qızıl ehtiyatları kifayət qədərdir”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində dünya ölkələrinin ABŞ-ın iqtisadi hücumuna davam gətirmələri və dollar asılılığından azad olmaları imkanlarını şərh edən Rusiyalı iqtisadçı-ekspert Vasili Koltaşev deyib.

Vasili Koltaşevin sözlərinə görə, ABŞ-ın bütün cəhdlərinə baxmayaraq, hədəfə aldığı ölkələrin çökdürülməsi mümkün deyil:

“Hazırda Avropanın bir sıra şəhərlərində işsizlərin sayının çoxluğuna baxmayaraq, qitənin bazarını xarici məhsullar tutub. Eyni zamanda, Avropanın talan etdiyi ölkələrdən “köhnə dünya”ya miqrant axını güclənməkdədir. Nəzərə alınmalıdır ki, Avropa ölkələri də ABŞ-da olduğu kimi, maya dəyəri aşağı olan məhsullar istehsal edə bilmirlər. Bu mənada Çin onları xeyli üstələyib.

“İpək yolu”nun bütün tarixi Çinin Mərkəzi Asiyada təsirinin artmasından ibarətdir. Buna baxmayaraq, yükdaşımaların mütləq hissəsi quru yolu deyil, dəniz vasitəsilə həyata keçirilir. Çünki bu, daha sərfəlidir. Digər tərəfdən, Çinin Mərkəzi Asiya regionuna yatırdığı sərmayə heç də gəlir gətirmir. Avropaya göydən düşməklə deyil, dəniz nəqliyyatı ilə yetişmək mümkündür ki, Çin bunun öhdəsindən gəlir.

Yaranmış vəziyyətdə ABŞ-ın İrana qarşı sanksiyalarının ciddi dəyişikliyə səbəb olacağını da düşünmürəm. Çünki ABŞ-ın bütün cəhdlərinə baxmayaraq, nə Çin, nə Rusiya, nə Hindistan, nə İran, nə də digərlərini “oyun”dan çıxarmaq mümkün olmayıb. Bunlar XX əsrdə yenilikçi inqilabların baş verdiyi ölkələrdir. Ona görə də, bu ölkələr hələ ki ABŞ-ın “diş”inə görə deyil.

Bəli, bu gün dünyanın dollar asılılığından çıxması asan deyil. Lakin beynəlxalq ticarətdə dollarla hesablaşmanı məhdudlaşdırmaqla, buna qismən nail olmaq mümkündür. Bunun üçün hesablaşmanın qızılla aparılmasına ehtiyac var. Bir müddət sonra isə hesablaşmada əsl yox, nominal qızıldan istifadə olunması mümkündür. Yəni burada dollardan istifadə olunmadan Bretenvud sistemi tətbiq oluna bilər.

Hesablaşmada dollardan imtina olunması üçün qızıl ehtiyatları kifayət qədərdir. İndi Çin, Rusiya, Türkiyə, İran kimi nəhəng iqtisadiyyata malik ölkələr öz qızıl ehtiyatlarını artırmaqdadırlar. Bu, dollara qarşı açıq çıxışdır. Özünüz də baxın, dollar devalvasiyaya uğraya bilər, ancaq qızıl yox. O baxımdan, dünyanı dollar hökmranlığından qızıl xilas edə bilər”.

www.yenicag.az

4844
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv