!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanı təəccübləndirən cizgi filmi – Məşhur aktyor 12 il öncə koronavirusa yoluxub? - VİDEO

!Reklam – Yazi

Dünyaca məşhur “Simpsonslar” cizgi filmi proqnozları ilə insanları təccübləndirməyə davam edir.

Yenicag.az xəbər verir ki, Donald Trampın ABŞ prezidenti olması, “Game Of Thrones”də Dragonun odlu hücumu, “Facetime”, ağıllı saat, o cümlədən koronavirus kimi bir çox vacib hadisəni özündə cəmləşdirən serial aktyor Tom Henksın virusa yoluxma epizodundan da yan keçməyib.

“Twitter” hesabında həyat yoldaşı Rita Vilson ilə Avstriyada koronavirusla bağlı test etdiyini və testin nəticələrinin müsbət olduğunu paylaşan Henkslə həyat yoldaşı karantinə alınıb.

Bu hadisədən sonra “Simpsons” pərəstişkarları filmin 2007-ci ildə yayımlanan bir bölümünü sosial mediada paylaşmağa başlayıblar.

12 il əvvəl yayımlanan kadrlarda Tom Henks Böyük Kanyonda bir reklamda görünür və deyir: “ABŞ hökuməti etibarını itirdi, buna görə də mənimkini müvəqqəti götürə bilərsiniz. Mən Tom Henksəm. Məni şəxsən görsəniz, rahat buraxın zəhmət olmazsa”.

“Simpsons” pərəstişkarları Tom Henksın 2007-ci ildə verdiyi açıqlamaların dünənki karantin bəyanatı ilə üst-üstə düşdüyünü düşünürlər.

Aslı İsmayılzadə

www.yenicag.az

2202
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv