Dünyanın ən cəsur qadınları

media-hightechnic-468x90

k_91413916740Dünyada sülh və insan haqları üçün mübarizə aparan ən cəsur qadınlarla bağlı məlumatı təqdim edirik.

Malala Yusifzay

Təhsil üçün mübarizə aparan 17 yaşlı Malala bu il “Nobel” Sülh Mükafatına layiq görülüb. BBC üçün blog yazan Malala tənqidi yazılarının hədəfi Talibandır. Elə o özü də bu terror təşkilatının hədəfindədir. 2012-ci ildə Taliban tərəfindən təşkil edilən silahlı hücumdan xilas olmasının ardından bütün dünyada tanındı.

Malala cəmiyyətin ən zəif təbəqəsi olan uşaqların təhsili uğrunda mübarizə aparır. İslam dövlətlərində yaşayan qadınların hüquqlarını qoruyur. 12 iyul 2013-cü ildə BMT-nin yığıncağında çıxışı ilə hər kəsi təsirləndirən Malala təhsil üçün tam 3,5 milyon insanın imzasını toplaya bilib. “Minlərcə insan terrorun qurbanı oldu. Milyonlarca insan yaralandı. Terroristlər kitab və qələmdən qorxur. Bir uşaq, bir müəllim, bir qələm və bir kitab dünyanı dəyişdirər” – Malanın şüarı budur.

Ancelina Coli
6 uşaq anası olan aktrisa Ancelina Coli 2001-ci ildə Kambocada çəkilən “Lara Croft: Tomb Raider” filmində insanların hansı şərtlər altında yaşadığının şahidi olmuşdu. İndi humanitar yardım üçün BMT-nin köçkünlər üzrə komissiyasında xidmət edir. Özünü təhlükəyə ataraq dünyanın böhran yaşanan bölgələrinə gedir. 2011-ci ildə çəkilən “İn the Land o f Blood and Honey” filmində Bosniya müharibəsinin əzablı tərəflərini göstərmişdi. 2013-cü ildə bu filmə görə “Jean Hersholt Humanitarian Award” mükafatını alıb, film isə “Oskar” mükafatına layiq görülüb.

Amal Alamuddin
Ötən ay bütün dünya Livan əsilli Amal Alamuddin və məşhur aktyor 53 yaşlı Corc Klununin toyundan hər kəs danışdı.
Həm gözəl, həm də ağıllı bir qadın olan Amal Oksford Universitetində hüquq fakültəsini bitirib. Nyu-York Universitetinin hüquq fakültəsində isə magistr təhsili alıb. Den Haagda Avropa İnsan Haqları Məhkəməsində işləyib. BMT-nin keçmiş katibi Kofi Annanın məsləhətçisi idi. “WikiLeaks” qalmaqalının səbəbkarı Culian Assanj və Ukraynanın baş naziri Yuliya Timoşenkoya vəkillik edib.

Emma Vatson
“Harry Potter” filmindəki Hermin Granger roluyla tanınıb. Hazırda moda simvoludur.
2014-cü ildən etibarən ABŞ-da yaşayıb işləyir. Sentyabr ayında BMT-də qadın və kişi bərabərliyi haqqında çıxış edərək hər kəsi təsirləndirib. İmicini zədəlməyə çalışan hakerlər onu çılpaq fotolarını yaymaqla təhdid edib.

Nadejda Tolokonnikova
Putinə qarşı etiraz üçün 2012-ci ildə “Pussy Riot” adlı rok musiqi qrupu ilə Moskva Katedralında dua zamanı səhnə alıb. Qeyri-adi etirazları ilə “müqavimət simvoluna” çevrilib. Katedraldakı etirazlarına görə iki il həbs yatıb. (ailem.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600