İtaliyanın məşhur avtomobil markası “Alfa Romeo”nun SUV (4×4) modeli “Stelvio Quadrifoglio” böyük bir rekorda imza atıb.
Yenicag.az xəbər verir ki, Nürburqrinq trasını 7 dəqiqə 51,7 saniyəyə başa vuran avtomobil SUV tərəfindən əldə olunan ən sürətli göstərici ilə liderliyi ələ keçirib.
Bununla “Stelvio Quadrifoglio” daha öncə “Porsche Cayenne Turbo S” modelinə məxsus dünya rekordunu 8 saniyəlik üstələyib. Bir sözlə, italyanların hazırladığı bu avtomobil dünyada ən sürətli krossoverdir.
www.yenicag.az