Dünyanın on ən yaxşı aviaşirkətləri - ADLAR

media-hightechnic-468x90

ABŞ-ın “TripAdvisor” firması dünyanın ən yaxşı aviaşirkətlərinin adlarını açıqlayıb. Onun versiyasına görə, Singapore Airlines reytinq cədvəlində birinci yeri tutub.

Yenicag.az xəbər verir ki, Sinqapur aviaşirkəti ilə yanaşı, reytinq cədvəlində ilk onluğa Qatar Airways, Emirates, Japan Airlines, Eva Air, Southwest Airlines, Azul, Air New Zealand, All Nippon Airways (ANA) daxildirlər.

Amerikan şirkətinin tərtib etdiyi bu reytinqdə ABŞ, Fransa, Almaniya, İngiltərənin məşhur aviaşirkətlərinin ilk onluqda yer almaması diqqəti çəkir. Avropa aviaşirkətləri arasında ən yaxşısı isə Virgin Atlantic olub.

Reytinq cədvəli sərnişinlər arasında aparılan sorğunun nəticələrinə görə tərtib olunub./AZƏRTAC/

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600