DYP postunun əməkdaşı faciəvi şəkildə öldü – FOTO

media-hightechnic-468x90

Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, ötən gün saat 19 radələrində Bakı-Qazax magistralının Hacıqabulun Pirsaat kəndindən keçən hissəsində “VAZ 21 015” markalı avtomobil arxadan “KamAZ” markalı yük maşınına çırpılıb. Nəticədə avtomobildə olan sərnişin, Şirvan şəhər sakini, 1972-ci il təvəllüdlü Abuzərli Ağabəy Dursun oğlu aldığı xəsarətlərdən vəfat edib, sürücü isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Vəfat edən A.Abuzərli Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin Nəvahi postunun mülki əməkdaşı olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./Qafqazinfo/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600