Ebru Gündeşdən 26 milyonluq villasına yeni dizayn

media-hightechnic-468x90

akp-seçmeni_610318Bu sezon yenidən “O səs Türkiyə” teleproqramının münsiflər heyətindən təmsil olunan, yaxınlarda yeni “Araftayım” adlı yeni disk çıxarmağı planlaşdıran müğənni Ebru Gündeş Kanlıcadaki 26 milyon liralıq villasını yenidən dizayn etdirib.

Həmin məkanda iki əkiz villaya sahib olan Ebru Gündən əri, azərbaycanlı iş adamı Rza Zərrabın maliyyə dəstəyi ilə özəl bir dalgıç şirkətiyle anlaşaraq, villanın Bosfor boğazına açılan bağçasında xüsusi dizayn işləri apartdırıb.

Xəbər verilir ki, villanın boğazdan 3 metr yüksəklikdə olan platformasında qurdurulan avtomatik nərdivan 3 metr dərinliyə enə bilir.

Bundan başqa, villanın boğazdan baxıldığında diqqət çəkən rəngli işıqları üçün 3 min 500 dollar dəyərində 8 ədəd özəl spotlar istifadə edilib. İşıqların kənardan daha gözəl mənzərə yaratması üçün villanın önündə 5 ay öncə dənizin dibinə 3 ton rəngli daş da tökülüb. (musavat.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600