!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Effektiv sosial siyasətin məntiqi təzahürü - Aslan Əzimzadə yazır

!Reklam – Yazi

 

Qeyd etmək lazımdır ki, son 5 il ərzində ölkə başçısı cənab İlham Əliyevin siyasi iradəsinin nəticəsində Azərbaycan Respublikasında sosial müdafiə sistemində mütərəqqi idarəetmə sisteminin təşəkkülü effektiv və dayanıqlı trendlərlə müşahidə edilməkdədir.

 

Məhz bu idarəetmə sistemi kontekstində ölkəmizdə sözügedən illər ərzində 4 sosial paket qəbul edilmişdir ki, onlar nəticə etibarilə əhalinin sosial rifahında müsbət impulslarla nəticələnmişdir. Belə ki, 5 il ərzində minimum aylıq əməkhaqqının 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiyanın 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılması, eyni zamanda, orta aylıq əməkhaqqında 65,3 faiz, median əməkhaqqında 2,1 dəfə, əməkhaqqı fondunda 2,5 dəfə, orta aylıq pensiyada 2 dəfə, sosial müavinət və təqaüd ödənişlərində 5 dəfə, əmək müqavilələrinin sayında 34 faiz və ya 400 mindən çox artımın baş verməsi, digər tərəfdən isə ünvanlı yardımın orta aylıq məbləğinin 2,9 dəfə artaraq 150 manatdan 440 manata çatması məhz qəbul edilmiş 4 sosial paketin məntiqi təzahürüdür.

Bütövlükdə qeyd olunmalıdır ki, qəbul edilən 4 sosial paket faktik olaraq öz geniş spektrli tətbiq dairəsi ilə şərtlənməkdədir. Günümüzdə dayanıqlı inkişafın əsasını təşkil edən əsas amillərdən biri də məhz sosial xərclərdir. Bu istiqamətdə də 2024-cü il üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində artım müşahidə edilməkdədir.

Belə ki, həm sosial müdafiə, həm də sosial təminat xərclərində mövcud olan artım, əslində, ölkədə növbəti illərdə sosial problemlərin həllinə daha çox maliyyə vəsaitinin yönələciyini deməyə bizə imkan verməkdədir. 2024-cü il üzrə sosial müdafiə xərcləri təqribən 521 milyon manat təşkil etmişdir ki, bu da ötən il ilə müqayisədə 62,6 faiz daha çoxdur.

Digər tərəfdən isə 2024-cü il üzrə sosial təminat xərcləri təqribən 6,2 milyon manat nəzərdə tutulmuşdur ki, bu isə ötən il ilə müqayisədə 11,2 faiz daha çoxdur. Ümumiyyətlə, burada önəmli bir faktor ölkədə son 5 il ərzində aparılan mütərəqqi sosial siyasətin mövcudluğudur.

Çünki faktiki olaraq sosial sahədə son illər ərzində şəffaflaşdırma siyasətinin aparılması və resursların səmərəli bölgüsünün təşkil edilməsi dövlət büdcəsində sosial xərclərin artırılması üçün zəmin yaratdı. Ötən ildən isə Dövlət Sosial Müdafiə Fondunun artıq investora çevrilməsi və nəticə etibarilə, maliyyə vəsaitinin artması sosial xərclərin də artması istiqamətində olduqca önəmli amil kimi çıxış edəcəkdir.

Aslan Əzimzadə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü, “Odlar Yurdu” Universiteti “İqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasının müəllimi

COP29

www.yenicag.az

333
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv