!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əhalinin DİQQƏTİNƏ: Bu sektorda kəskin bahalaşma olacaq

!Reklam – Yazi

Ölkədə tez-tez qiymət artımının müşahidə olunduğu sahələrdən biri də inşaat materialları sektorudur. Tələbatın artmasından və mövsümdən asılı olaraq, inşaat məmulatlarında bəzən intensiv bahalaşma baş verir. Digər tərəfdən, bu il işğaldan azad olunmuş ərazilərdə tikinti-quruculuq işlərinin də tikinti materialları bazarına təsir göstərəcəyi deyilir.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bu amilin bazara ciddi dərəcədə təsir göstərəcəyini qeyd edib.

“İşğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq işlərinin genişlənməsi istər-istəməz tikinti materialları bazarına təsir edir. Sadəcə, burada bir məsələ var: bu tikinti işləri dövlət büdcəsi hesabına aparılır, alqı-satqı rəsmi müqavilələrlə olur.

Qarabağda tikinti prosesləri intensiv formada davam edərsə, ilkin mərhələdə təbii ki, mişar daşı, sement, qum və çınqıl kimi materiallara tələbat artacaq. Sonrakı mərhələdə isə taxta-şalban, dam örtükləri, armatur, dəmir məmulatlarının qiymətlərində bahalaşma olacaq. Həm də ölkə daxilində istehsalı az olan məhsullar var, onlarda qiymət artımının baş verməsi ehtimalı daha çoxdur”.

Ekspert qiymət artımının daha çox xaricdən istehlak olunan məhsullarda olacağını bildirib:

“Məsələn, taxta məmulatlarında böyük ölçüdə xaricdən asılıyıq. İstər-istəməz bu cür materiallarda qiymət artımının daha yüksək olması gözləniləndir. Yerli məhsullarda isə nisbi qiymət artımı ola bilər.

Tutaq ki, Qarabağda mişar daşına tələbat olduqca artdı və karxanaların gündəlik istehsal gücü məhduddur. İstehsalın böyük hissəsi tikinti layihələrinə yönləndiriləcəyi üçün bazarda bahalaşma özünü göstərəcək”.

COP29

www.yenicag.az

169
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv