360° Baxış: Eşşəklər öz ayaqlarını heç vaxt itirmir
Eşşək gözlərinin xüsusi yerləşməsi sayəsində ətraf mühiti çox geniş bucaq altında görə bilir.
Yenicag.az xəbər verir ki, onların gözləri başın yan tərəflərində yerləşdiyi üçün demək olar ki, 360 dərəcəyə yaxın görmə qabiliyyətinə malikdirlər. Bu xüsusiyyət onlara eyni anda dörd ayağını da görməyə imkan verir və hərəkət edərkən addımlarını daha dəqiq atmalarına kömək edir.
Bu qabiliyyət xüsusilə çətin və qayalı ərazilərdə hərəkət zamanı çox faydalıdır. Eşşəklər hara basdıqlarını aydın şəkildə gördükləri üçün sürüşmə və ya yıxılma ehtimalı azalır. Buna görə də onlar dağlıq və sərt mühitlərdə etibarlı yük heyvanı kimi tanınır və insanlar tərəfindən əsrlərdir bu məqsədlə istifadə olunur.












