!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ehtiras gəmisi"ndə bunlar olacaq - Fotolar

!Reklam – Yazi

Dünən İtaliyanın Venesiya şəhərindən dünyada ilk dəfə olaraq “sərbəst seksuallıq” səyahət gəmisi yola düşüb.

Yenicag.az xəbər verir ki, “Desire Cruise” (ehtiras gemisi) adı verilən 180 metr uzunluğundakı gəmi Adriatik dənizindən yolçuluğa başlayıb, Xorvatiya və Sloveniyaya qədər gedəcək. Gəmi noyabrın 3-də yenidən Venesiyaya qayıdacaq. İlk “sərbəst seksuallıq” səyahətində 700-ə yaxın sərnişin iştirak edir. Bu layihəyə maraq o dərəcədə böyük olub ki, təşkilatçılar artıq 2018-ci ildə daha bir belə səyahət təşkil etməklə bağlı qərar qəbul ediblər.

Səyahətə çıxanlar üçün demək olar ki, heç bir qadağa yoxdu və hər şey sərbəstdir. Belə ki, gəminin bəlli məkanlarında çılpaq olmaq, sekslə məşğul olmaq, partnyorlarını dəyişmək, müxtəlif fantaziyalar irəli sürmək olar. Elə “sərbəst seksuallıq” səyahətinin də əsas məramı məhz bu cür erotik partilər təşkil etməkdir.

Təşkilatçılar yalnız 21 yaşdan yuxarı və kişi və qadınlara səyahətə çıxmağa imkan yaradıblar. Tək olaraq bilet əldə etməyə çalışan oğlan və ya qızların istəyi isə gerçəkləşməyib. Çünki qaydalara əsasən səyahətə yalnız cütlük şəklində çıxmağa icazə verilir.

“Ehtiras gəmisi” ilə səyahətin qiymətləri də diqqətçəkəndir. Standart biletlərin qiyməti bir nəfər üçün 3200 ABŞ dolları təşkil edib. Lüks otaqlara biletlər isə 11000 dollara satılıb. 2018-ci ilin aprelində təşkil olunacaq növbəti “sərbəst seksuallıq” səyahətinin də biletləri artıq satışa çıxıb. Biletlərin qiyməti 3124 dollardan başlayır.

COP29

www.yenicag.az

4790
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv