Qəzza zolağında xəstəxanalarda aclıqdan ölən fələstinlilərin sayı 27-yə çatıb.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “Əl-Cəzirə” telekanalı yayıb.
Məlumata görə, Qəzza zolağında xəstəxanalarda aclıqdan ölən fələstinlilərin sayı artır.
Telekanalın bildirdiyinə görə, Qəzzanın şimalında yerləşən Kamal Ədvan xəstəxanasında kəskin susuzluq və qida çatışmazlığından iki uşağın ölümündən sonra aclıqdan ölən fələstinlilərin ümumi sayı 27-yə çatıb.
Əvvəllər Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qəzza zolağının şimalında sığınacaq və xəstəxanalardakı uşaqların 15%-dən çoxunun kəskin qida çatışmazlığından və onların təxminən 3%-nin ağır qidalanmadan əziyyət çəkdiyini bildirmişdi.
ÜST son aylarda qeyd olunan “Qəzza əhalisinin qidalanma səviyyəsindəki kəskin azalmanın” görünməmiş olduğunu da vurğulayıb.
Xuraman Etibarlı
www.yenicag.az