Elçibəyin oğlu: “Heç kimdən xüsusi kömək gözləmirəm”

media-hightechnic-468x90

elchibeyin oglu esas“Artıq 9 aydır ki, Fövqəladə Hallar Nazirliyində çalışıram. Burdakı işimdən məmnunam”.

Bunu açıqlamasında mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev deyib.

Ərturqut Əliyevin sözlərinə görə, müxalifət nümayəndələri onunla əlaqə saxlamır.

“İşə düzələndən və nişanlanandan bəri mənimlə heç kəs əlaqə saxlamır. Tanıdığımız insanların heç biri, o cümlədən müxalifət nümayəndələri mənə telefon zəngi belə, açmayıb. Başımı aşağı salıb işimlə məşğulam. Heç kimdən də xüsusi kömək və telefon zəngi gözləmirəm”.

Ərturqut Əliyev toyunun nə vaxt olacağı ilə bağlı da açıqlama verib.

“Artıq işlədiyimə görə toyumun tez bir vaxtda olmasını da istəyirəm. İnşallah, bu ilin sentyabrında toyum olacaq”.

Qeyd edək ki, Ərturqut Əliyev bir müddət öncə, mətbuata açıqlamasında FHN-də işə düzəlməsini inkar etmişdi. Dayısı Mirmöhsün Mahmudov isə onun FHN-də kurs keçdiyini demişdi. Həmçinin, bu ilin yanvar ayının 30-da Ərturqut Əliyevin nişan mərasimi keçirili(modern).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600