Eldar Namazov sədrlikdən uzaqlaşdırıldı - Seçki

media-hightechnic-468x90

Deportasiya Qurbanları Mərkəzinin İdarə Heyətinin iclası keçirilib.

Yenicag.az reyting.az-a istinadən xəbər verir ki, iclasda təşkilati və cari məsələlər müzakirəyə çıxarılıb.

Müzakirələr zamanı istiqlalçı deputat, sabiq təhsil naziri Firudin Cəlilovun təklifi ilə Köçəri Nağıbəylinin təşkilatın sədri seçilməsi məsələsi müzakirə olunub.

Xalq şairi Vahid Əziz, professor Eldar Abbasov, professor Paşa Qəlbinur, general Əli Ömərov, politoloq Eldar Namazov və digər ziyalılar bu təklifi dəstəkləyiblər. Beləliklə, K. Nağıbəylinin sədr postuna namizədliyi qəbul olunub.

İdarəyə Heyəti bu vaxta qədər təşkilata sədrlik etmiş politoloq Eldar Namazova fəaliyyətinə görə təşəkkür edib.

İclasda həmçinin deportasiyanın 30 illiyinin qeyd edilməsi haqda qərar verilib. Bu məqsədlə tədbirlərin keçirilməsi, bu tarixi hadisənin gündəmdə saxlanılması razılaşdırılıb.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa