Elektroşokun faydası da varmış – Maraqlı tədqiqat

Amerikalı alimlər elektroşokun insanlar üçün faydalı cəhətlərinin olduğunu bildiriblər.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu istiqamətdə tədqiqat aparan ABŞ mütəxəssisləri elektroşokun depressiyadan müalicə almış insanların xəstəxanadan buraxıldıqdan sonra intihar riskini azaltdığı qənaətinə gəliblər.

Bu barədə məqalə “American Journal of Psychiatry” jurnalında dərc olunub.

Mütəxəssislərin apardığı tədqiqatlara yaşı 65-dən yuxarı olan və 2011-15-ci illərdə elektroşok terapiyası alımş 10,5 min pasiyent cəlb edilib.

Qeyd olunur ki, elektroşok psixi xəstəliklərdən, o cümlədən, depressiyadan müalicədə effektli vasitə sayılır.