“Əlilərin hüquqları ilə bağlı qanunlara əməl edilmir”

media-hightechnic-468x90

xanlar_xocaAzərbaycanda əlilərin cəmiyyətə inteqrasiyası daim müzakirə olunan prioritet mövzulardan biri olub. İstər hökumət, istərsə də qeyri-hökumət təşkilatları müntəzəm olaraq, sözügedən mövzuda konfranlar təşkil edir, sosial müzakirələr aparırılar. Bəs görəsən bu tədbirlərin faktiki olaraq, əlil şəxslərə faydası varmı? O cümlədən həmin şəxslər öz hüquqlarını yetərincə bilirlərmi?
Mövzu ilə bağlı Yenicag.az-a “Advokat” Hüquq Şirkətinin direktoru Xanlar Xoca belə münasibət bildirdi:
“Azərbaycanda əlil vətəndaşların hüquqlarının qorunması üçün qanunlar var, amma onlara heç də həmişə əməl edilmir. Çünki sosial xidmət haqqında qanun işləmir. Əlil vətəndaşlar kiməsə möhtac olur. Halbuki qanunla onlara hər cür şərait yaratmaq olardı. Yollarda əlil arabalarının hərəkəti üçün imkan yoxdur, əlil arabası yola çıxsa onu hansısa avtomobil mütləq vuracaq. Yeni quraşdırılan səkilərdə əlil arabaları üçün keçməyə imkan yoxdur. vaxtlı-vaxtında müayinədən keçə, dərmanlarla təmin oluna bilmirlər, təbii ki, fiziki imkanları məhdud olan əlil vətəndaş haqqını da qoruya bilmir. Əlillərlə bağlı ölkədə olan bir çox QHT-lərin isə ancaq adı var, özləri səmərəli bir iş görmürlər. Əlillərin çoxu seçki hüququnu, əmək hüququnu bilmir, əlillərin işlə təminatında problemlər var, təhsil imkanları da məhduddur. Bütün bu problemlərin həll olunması üçün Sosial xidmət haqqında qanun işləməlidir, vətəndaş cəmiyyəti qurumları öz öhdəsinə götürdüyü işin məsuliyyətini dərk edib aktiv fəaliyyət göstərməli, əlillərlə bağlı layihələri səmərəli həyata keçirməlidirlər”.

Kamran/Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600