Əlillik təyinatında 4 dəfə artım qeydə alınıb - RƏSMİ

media-hightechnic-468x90

Ötən il 25 526 nəfərə təkrar əlillik, 25 200 nəfərə ilkin əlillik təyinatı aparılıb.

Yenicag.az APA-ya istinadla xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, ilkin əlillik təyinatında ötən illərlə müqayisədə 27 faiz artım olub:

“50 726 əlillik təyinatının 24 faizi orqanizmin 80-100 faiz pozulmasına görə təyin edilib. Əvvəllər isə birinci qrup üzrə əlillik 6 faiz olurdu. Gördüyünüz kimi burada 4 dəfə artım qeydə alınıb. Əlillikdə əsasən göz və pxisi xəstəliklər əsas yer tutur. Ötən il əlillik üçün müraciətlərin 54 faizinə müsbət cavab verilib”.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600