Azərbaycanlı FİFA referisi Əliyar Ağayevin təyinat aldığı “Zalsburq” – “Şkendiya” matçı məhsuldarlığı ilə yadda qalıb.
Yenicag.az xəbər verir ki, gənc referi Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərivəsində keçirilən görüşdə ikinci sarı vərəqədən sonra qonaqların futbolçusu Zlatko Yunuzoviçi meydandan qovub. Bundan başqa Mevlan Muratini də sarı vərəqə ilə cəzalandıran Ağayev, matçın 16-cı dəqiqəsində qonaqların qapısına penalti təyin edib.
Qeyd edək ki, “Zalsburq”un 3:0 hesabı ilə qalib gəldiyi görüşdə Ağayevə Rza Məmmədov və Zeynal Zeynalov köməklik göstəriblər. 4-cü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.
www.yenicag.az