Əliyev BMT KÜRSÜSÜNDƏ – Gözlənilən çıxışda NƏLƏR OLACAQ?

media-hightechnic-468x90

“Azərbaycan Prezidentinin çıxışı təkcə Azərbaycanda deyil, eləcə də dünya liderlərinin gözlədiyi çıxış kimi tarixə düşəcək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.

media-tural-genceliyev

Deputat bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT-nin 80 illik yubileyindəki edəcəyi çıxışı dəyərləndirib:

“Azərbaycan Prezidentinin BMT-dəki çıxışını hər birimiz səbirsizliklə gözləyirik və qalib Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının yubiley 80-ci sessiyasında çıxışı nəinki tək Azərbaycanda, eləcə də dünyada gözlənilir. Çünki hazırda Azərbaycan və onun lideri yeni bir reallıq yaratmışdır ki, Azərbaycana və ölkə başçısına maraq, diqqət göz qabağındadır. Məlumdur ki, Vaşinqtonda keçirilən son üçtərəfli görüşdən sonra həm də C. Qafqazın sülh regionu qismində formalaşmasında əsas töhfə Azərbaycana məxsusdur. Hesab edirəm ki, cənab Prezidentin çıxışında həmçinin Azərbaycanın müharibəni sona çatdırması, sülhə sadiqliyi və C. Qafqazın sülh əməkdaşlıq platforması olmasına eyhamlar olacaq”.

T. Gəncəliyev ölkə rəhbərinin çıxışında Zəngəzur dəhlizinə də yer verəcəyini ehtimal etdiyini qeyd edib:

“Eləcə də Azərbaycanın təhlükəsizliyi, hərbi, siyasəti ilə bağlı deyil, həmçinin dünyanın enerji təhlükəsizliyinə verdiyi töhfə, o cümlədən Azərbaycanın iqtisadi siyasəti ilə bağlı əldə edilmiş uğurlar, Zəngəzur dəhlizinin əsas təşəbbüskarından biri olan Azərbaycanın bu sahədə həm sülh gündəliyinə, həm də dünyanın əsas transport-kommunikasiya xətti olan orta dəhlizin komponenti kimi Zəngəzur dəhlizini dünyanın siyasi gündəminə gətirilməsində ölkəmizin rolu haqqında danışacaq”.

Deputat hesab edir ki, İlham Əliyevin bugünkü çıxışı qalib ölkə başçısının çıxışı kimi dünyanın diqqətində olacaq:

“Cənab Prezidentin çıxışı bir növ hamımız üçün, eləcə də qlobal beynəlxalq geosiyasi, geoiqtisadi layihələr üzrə həm qərarvericilər, həm siyasətçilər və dünya ictimaiyyəti üçün bir yol xəritəsi olacaq. Çünki hazırda ölkə başçımızın çıxışı təkcə Azərbaycanın deyil, qlobal siyasi gündəmin proqramından irəli gələn çıxış kimi qəbul olunur. Azərbaycan artıq 2020-ci il Vətən Müharibəsini İlham Əliyevin liderliyi ilə qazandıqdan sonra qlobal siyasət aparan oyunçuya çevrilib. Ona görə də istər ABŞ, istər Avropa İttifaqı, istərsə də Çin və dünyanın bütün güc mərkəzləri Azərbaycanla əməkdaşlıq etməyə can atırlar”.

O, söyləyib ki, Zəngəzur dəhlizi funksional olduqdan sonra dünya iqtisadiyyatına, dünyanın enerji təhlükəsizliyindən tutmuş yüklərin daşınması, insanlar arasında əlaqənin təmin edilməsi, qitələrarası bağların qurulması istiqamətində mühüm addım sayılacaq:

“Bu günlərdə xüsusilə dünya okeanları və dənizlər üzərindən iqtisadi layihələrin, transport kommunikasiya layihələrinin həyata keçirilməsinin çox çətin olduğunu nəzərə alsaq, Azərbaycan dünyanın bəlkə də ən önəmli tranzit kommunikasiya ölkəsi kimi rolu ilə bağlı da cənab Prezidentin çıxışı olacağını düşünürəm. Hər bir halda, bir daha sülhə köklənmək, sülh gündəmini təqdim etmək və Ermənistanla sülh müqaviləsi layihəsinin təşəbbüskarı olan Azərbaycanın irəli sürdüyü məsələlər ətrafında da fikirlər səsləndirilə bilər. Beləliklə, Azərbaycan həm Cənubi Qafqaz, Xəzər hövzəsi, eləcə də regional olmaqla yanaşı, həm də beynəlxalq qlobal məsələlər kontekstində də çıxış olacağını ehtimal etmək olar. Bu bir dünyanın geosiyasi, geoiqtisadi gündəminin həm diqqətlə izlədiyi, həm də sadaladığımız qlobal aspektlərə təsir edəcək və qərarverici dünya liderlərinin də marağında olacaq çıxış kimi gözlənilir”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa