Elm insanları bunu da etdilər: Arılara morze əlifbası öyrədildi

media-hightechnic-468x90

Elm adamları arı növünə morze əlifbasını öyrədərək ilk dəfə bir həşəratın müxtəlif müddətli vizual ipucularına əsaslanaraq qida axtara bildiyini sübut ediblər.  

Yenicag.az xəbər verir ki, bununla bağlı araşdırma “Biology Letters” adlı elmi jurnalda yayımlanıb.

Əkinçilik fəaliyyəti aparmaq, birlikdə işləmək və bir-birlərinə tapmacaları necə həll etməyi öyrətmək kimi bacarıqları olan bombus arılarının dəyişən müddətlər arasındakı fərqi anlayıb-anlamadığını araşdıran London Kraliça Meri Universitetindən elm adamları arıları qapalı bir sahəyə yerləşdirərək qarşılarına biri uzun, digəri qısa müddətli işıq ekranlar qoyub. Bu qısa və uzun işıq parıltıları morze əlifbasının əsas vahidləridir.

İşıqlardan birinin altında arıların sevdiyi şəkərli məhlul, digərində isə heç xoşlamadıqları maddə olub. Komanda müxtəlif arı qruplarına fərqli siqnallar göstərərək nəticələrin daha etibarlı olmasını hədəfləyiblər.

Arılar hansı parıltının şəkərlə, hansının digər maddə ilə bağlı olduğunu anladıqdan sonra tədqiqatın ikinci mərhələsinə keçid eidlib.

Daha sonra “şirnikləndirici” maddələri tamamilə aradan qaldıran alimlər arıların bunları qoxulamadan, yalnız uzun və qısa müddətli işıqlara baxaraq izləyə bilib-bilmədiyini öyrənməyə çalışıblar.

Araşdırmaya görə, bombus arıları çox vaxt mükafatı işarə edən işığı seçməyi bacarıb. Tədqiqatçılar təsadüfi ola bilməyəcək qədər dəqiq seçimlərin arıların qısa və uzun işıq parıltılarını ayırd edə bildiyini göstərdiyini deyirlər.

“Arılar təbii mühitlərində yanıb-sönən stimullarla qarşılaşmadıqları üçün bunu bacarmaları qeyri-adi bir şeydir”, – məqalənin müəlliflərindən Aleks Devidson deyib.

Elm adamları ilk dəfə bir həşəratda belə bir fərqləndirmə bacarığının qeydə alındığını bildirirlər.

Ancaq bunun niyə və necə baş verdiyini öyrənmək üçün daha çox araşdırmaya ehtiyac var.

“Vizual stimulların müddətini izləyə bilmələri, bunun hərəkətləri izləmək və ya ünsiyyət qurmaq kimi müxtəlif məqsədlər üçün inkişaf edən zaman emalı bacarığının bir uzantısı olduğunu göstərə bilər”, – Devidson əlavə edib.

Alternativ olaraq, zaman müddətini kodlama və emal etmə ilə bağlı bu heyrətamiz qabiliyyət sinir sisteminin əsas komponenti ola bilər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa