!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elmar Məmmədyarov: "Suriyalı ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırılır"

!Reklam – Yazi

Xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə təşkil olunan konfransda çıxış edib.

Yenicag.az xəbər verir ki, nazir çıxışı zamanı Ermənistanın Suriyada baş verən proseslərdən istifadə etdiyini bildirib: “Suriyada vəziyyətin kəskinləşməsindən sonra Ermənistan suriyalı erməniləri Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşması təşviq edir. Bizdə olan məlumata görə, yüzlərlə erməni artıq həmin torpaqlarda yerləşdirilib”.

Məmmədyarov Ermənistanın bu addımının Dağlıq Qarabağdakı vəziyyəti daha da mürəkkəbləşdirdiyini söyləyib. Onun sözlərinə görə, onlar bununla da azərbaycanlıların öz torpaqlarına geri qayıtmasının qarşısını almağa çalışırlar: “Beynəlxalq ictimaiyyətin Suriya böhranına fokuslandığı bir dövrdə Suriya xalqının problemləri başqa bir regionda olan münaqişənin həllinə əngəl olmaq üçün istifadə olunur. Bu qəbuledilməzdir, bu icazə verə bilmərik”.

www.yenicag.az

2453
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv