Elnur Eltürkdən maraqlı təklif
“Düşünürəm ki, Nederland-Azərbaycan Jurnalistlər Birliyi yaranmalıdır. Bu işə dostumuz Vüqar Abbasov rəhbərlik edərsə, layihə uğurlu olar”. “Olaylar”-ın xəbərinə görə, belə bir açıqlama ilə Diaspor Jurnalistlər Birliyinin İdarə Heyətinin üzvü, “Baymedia” saytının redaktoru Elnur Eltürk çıxış edib.
Bildirib ki, bu başı verərsə istənilən nəticəni almaq olar: “Bu eyni zamanda diasporumuzun inkişafına təkan verər. Üstəlik, birliyin ölkəmiz üçün informasiya sahəsində əhəmiyyəti böyük olmaqla yanaşı, iki dövlət arasında əlaqələrin inkişafına müsbət təsirini göstərər. Bununla yanaşı, erməni diasporunun fəaliyyətinə zərbə vurmaq olar”