Elşad Xose saxlanıldı – Oksananı döyüb

Bu gün reper Elşad Xose Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, buna Xosenin keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulovanın ondan polisə şikayət etməsi səbəb olub. Belə ki, rəqqasə polisə müraciət edərək Xose tərəfindən döyüldüyünü bildirib.

Qeyd edək ki, Elşad Xose ilə Oksana Rəsulova 5 il öncə ayrılıb. Cütlük boşansa da, mətbuatda hər zaman dost olduqlarını bildiriblər. Hətta bu yaxınlarda reper “Maşın” realiti şousunda iştirak edəndə Oksana ona baş çəkib, “İnstaqram” hesabında dəfələrlə onun üçün tamaşaçılardan səs də istəyib.

COP29