Nizami Kino Mərkəzində “Sevgi romanı” filminin premyerası baş tutub.
Yenicag.az xəbər verir ki, Oksana Rəsulovanın prodüserliyi ilə çəkilən filmdə baş rolu da elə Oksana özü canlandırıb.
Filmdə əməkdar artist Vahid Əliyev, Azər Aydəmir, Şəhriyar Əbilov, Zümrüd Bədəlova və bir çox aktyorlar rol alıb.
Təqdimat mərasiminə xalq artisti Həmidə Ömərova, əməkdar artist, aktrisa Dilarə Əliyeva, müğənnilər Zamiq Hüseynov, Sevda Yahyayeva və bir çox məşhurlar qatılıb.
Filmin quruluşçu rejissoru Vüsal Hacıqadir, ideya müəllifi və icraçı prodüseri İsmayıl Bağırov, ssenari müəllifi Azər Aydəmir, quruluşçu-operatoru Şahmar Səfəroğludur.
Romantik melodrama janrında ərsəyə gələn filmdə ehtirasdolu səhnələr də yer alıb. Sevgi, xəyanət, satqınlığın əks olunduğu ekran işi izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Oksana filmin ölkə xaricinə çıxarılacağını da bildirib.
Qeyd edək ki, filmin büdcəsinin 100 min olduğu bildirilir.
Qala gecədən fotoları təqdim edirik:
Cəvahir
www.yenicag.az